Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Paytaxt ərazisində "Təmiz hava" aylığı ilə əlaqədar tədbirlər davam etdirilir
Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində davamlı olaraq qabaqlayıcı tədbirlər həyata keçirilir.
Oxu.Az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilmiş, avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla mütəxəssislərin iştirakı ilə maarifləndirici söhbətlər aparılmışdır.
Lakin, həyata keçirilən təbliğat-təşviqat işinin intensivliyinə baxmayaraq, hələ də avtomobil yollarında mühərriki nasaz olan nəqliyyat vasitələrinə rast gəlinir.
Bir daha sürücülərdən, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, əks təqdirdə aşkar olunan qayda pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini onların nəzərinə çatdırırıq.
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
- Şamaxıya gedən yolda hərəkət dayandı
- BDYPİ: "Ötən gün respublika ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb"
- Yol polisi sərnişindaşıma ilə məşğul olanlara müraciət edib
- BDYPİ: "Hava şəraiti ilə bağlı piyadaların təhlükəsizliyi xüsusi olaraq diqqətdə saxlanılır"