Bakıda dönərxanada yanğın olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Azadlıq prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən “Döner House” adı ilə fəaliyyət göstərən iaşə obyekti yanıb.
Yanğın FHN-in yanğınsöndürmə xidmətinin əməkdaşları tərəfindən söndürülüb. Yanğına səbəb kimi elektrik naqillərinin birləşməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır.

U.A.
www.oxu.az