Paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, sıxlıq olan küçə və prospektlərdə, xüsusən də H.Əliyev, Q.Qarayev və Z.Bünyadov prospektləri, A.Mustafayev, Y.Səfərov küçələrində müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.