Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqından azad oluna bilər
“İcbari tibbi sığorta haqqında” qanuna edilməsi gözlənilən dəyişikliklərin bəzi ilkin detalları məlum olub.
Parlamentdən Oxu.Az-a bildirilib ki, payız sessiyasında icbari tibbi sığorta ilə bağlı yeni qanun layihələrinin müzakirələrə çıxarılması, eyni zamanda, mövcud qanunlara yeni dəyişikliklərin edilməsi nəzərdə tutulur.
“Artıq cəmiyyət bu məsələnin icrasını, tətbiqini çoxdan gözləyir və arzu edir. Bu, cəmiyyətin sosial sifarişi olaraq qarşıda dayanır. Eyni zamanda, dövlətin özünün bu məsələ ilə bağlı yekdil mövqeyi, iradəsi ortadır.
Bu baxımdan, həm parlament, həm icbari sığorta ilə bağlı Dövlət Agentliyi, həm də Nazirlər Kabineti birlikdə bu məsələnin tətbiqinə və icrasına stimul verəcək, prosesi sürətləndirəcək qanunvericilik aktları üzərində işlərini davam etdirir.
Bu sənədlər qəbul olunduqdan sonra bütün Azərbaycan miqyasında icbari tibbi sığortanın tətbiqi mümkün olacaq. Yaxın illərdə isə icbari tibbi sığorta Azərbaycanın bütün ərazisində həyata keçiriləcək”.
İcbari tibbi sığorta haqqına gəlincə, parlamentdən bildirilib ki, Azərbaycanın işləyən vətəndaşları əməkhaqlarından müəyyən faizlər ödəyəcək, işləməyən, bizneslə məşğul olan vətəndaşlar isə müəyyənləşdirilmiş dərəcədə tibbi sığortaya töhfələrini verəcəklər.
“Amma bəzi kateqoriyalar, məsələn, pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqını ödəməkdən azad oluna bilərlər. Dövlət bu vəzifəni öz üzərinə götürə bilər. Bu məsələ üzərində dəqiqləşdirmələr aparılır”, - deyə sonda qeyd edilib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
Rəylər