Ermənistanda rüşvət almaqda ittiham edilən İstintaq Komitəsinin üç məmuru həbs edilib.
Oxu.Az-ın Ermənistan mətbuatına istinadla verdiyi xəbərə görə, Xüsusi İstintaq Xidməti tərəfindən açılmış cinanət işi çərçivəsində məlum olub ki, İstintaq Komitəsinin Lori vilayəti üzrə İstintaq İdarəsinin sabiq baş müstəntiqi Tatul Şişanyan, həmin idarənin keçmiş baş müstəntiqi Araik Nersisyan və idarənin Xüsusi Mühüm İşlər üzrə baş müstəntiqi Artak Ovannisyan öz səlahiyyətlərindən sui-istifadə ediblər.
Bundan başqa, Ovannisyan və Şişanyan aşkar qanunsuz hərəkətlərin törədilməsinə görə külli miqdarda rüşvət alıblar.