Xəzər İntellektual Gənclər Klubu “Nə? Harada? Nə zaman?” oyunu üzrə Peşəkar İntellekt Liqasına start verib.
İntellektual oyunlar üzrə ölkənin ən yaxşılarının yarışacağı Peşəkar İntellekt Liqasının əsas məqsədi komandalar və iştirakçıların vahid təqvim vasitəsilə yarışması, oyunların keyfiyyətinin artırılması, rəqabətli mühitin yaradılması, intellektual oyunların gənclərin asudə vaxtını daha səmərəli keçirilməsinə kömək etməkdən ibarətdir.
Peşəkar İntellekt Liqası il ərzində keçiriləcək və 25 turdan ibarət olacaq. Liqa oyunları iki yarımilliyə bölünəcək və hər yarımilin sonunda final oyunu təşkil olunacaq. Ölkənin ən nüfuzlu sual müəlliflərinin redaktorluğu ilə keçiriləcək hər oyun turu 24 sualdan ibarət olacaq.
Peşəkar İntellekt Liqası çərçivəsində təşkil olunan oyunlar anadilli intellekt oyunlar tarixində ilk dəfə olaraq reytinqlənəcək. Bu məqsədlə yaradılacaq reytinq sistemi ilə gələcəkdə digər nüfuzlu turnirlər də reytinqlənəcək ki, bu da intellektual oyunlar hərəkatının instusional inkişafına təkan verəcək.
Peşəkar İntellekt Liqasının oyunları hər bazar günü Bakı Dəniz Ticarət Limanının dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil ediləcək. Ətraflı məlumat almaq üçün müraciət edin.
https://www.facebook.com/Xazarigk/
E.Ə.
www.oxu.az