Milli Hidrometeorologiya Xidmətinin dekabrın 13-ü saat 19:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir.
Xidmətdən Oxu.Az-a verilən məlumata görə, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.
Küləyin maksimal sürəti Qəbələ və Şəkidə 25, Daşkəsəndə 23, İsmayıllıda 22, Mingəçevir və Şahdağda 20, Oğuz, Şamaxı və Qobustanda 18, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Tərtərdə 16, Qaxda 15 m/s-yə çatır.
Dekabrın 13-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ölkə ərazisinin bəzi yerlərində gecə və səhər saatlarında arabir yağış, Sarıbaşda (Qax) isə qar yağıb.
Bildirilib ki, düşən yağıntının miqdarı Qubada 4, Şabran, Ordubad, Culfa, Xaçmaz, Qusar, Naxçıvan, Sədərək, Şahbuz, Qobustan, Lənkəran, Gədəbəy, Balakən, Xaltan, İmişli, Yardımlıda 3, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 18, Qobustanda 16 m/s-dək güclənib.
Sumqayıt, Şərur, Ordubad, Sədərək, Göygöl, Şəmkir, Balakən, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Göyçay, Sabirabad, Kürdəmir, Biləsuvar, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.