Texniki vasitə tərəfindən aşkar edilən qayda pozuntusuna görə yazılmış protokol səhvən başqa avtomobil sürücüsünə göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi paylaşım edib.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev isə məsələ ilə bağlı sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, sözügedən şərh araşdırılıb və məsələ ilə bağlı Mərkəzi İnformasiya Sistemində müvafiq düzəlişlər aparılıb.