İşğaldan azad olunmuş Qazax rayonu Aşağı Əskipara və Bağanıs Ayrım kənd yaşayış məntəqələrində söküntü işlərinə start verilir.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedura start verilib.
Layihədə nəzərdə tutulan işlərin həyata keçirilməsinə 258 min 560 manat xərclənməsi planlaşdırılır.
Xatırladaq ki, hər iki kənd 2024-cü il mayın 24-də Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən nəzarətə götürülüb.
Qaynar xətt:
(055) 224 12 12