Xaçmazda qəbiristanlıq yanır.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, yanğın rayonun Üçgünqışlaq kəndindəki qəbiristanlığında baş verib.
Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Hazırda yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər davam edir.