"Doğma yurd-yuvamızdan çox pis vəziyyətdə gəlmişdik, amma bu gün gülə-gülə qayıdırıq" .
Oxu. Az-ın məlumatına görə, bunu bu gün növbəti köç karvanı ilə Qırmızı Bazar qəsəbəsinə köçən Alvita İsmayılova deyib. O bildirib ki, Xocavənd rayonundan məcburi köçkün düşüb:
"O vaxt 5 nəfərlik ailə üzvümüzlə birlikdə məcburi köçkün düşmüşdüm. Yenə də 5 nəfər qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimizin səyləri nəticəsində doğma elimizə qayıdırıq. Bundan böyük xoşbəxtlik ola bilməz".
Samir Əli