Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə yayılıb.
Bildirilib ki, hadisə iyulun 20-də saat 17:30-da Quba-Qonaqkənd yolunun Quba şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 40-BP-795 dövlət qeydiyyat nişanlı VAZ-21099 avtomobilinin sürücüsü Mətləb Bəxtiyar oğlu Qədirov idarəetməni itirib. Nəticədə, avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb və aşıb.

Məlumata görə, hadisə zamanı avtomobildə sürücüdən başqa heç kim olmayıb. Qəza nəticəsində o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin məlumata əsasən, yol-nəqliyyat hadisəsinin yüksək sürət səbəbindən baş verdiyi bildirilir. İnsidentin dəqiq səbəbləri araşdırılır.