“Əməkdaşlarımız sakinin şikayəti əsasınsa sözügedən əraziyə baxış keçirib”.
Bu sözləri Oxu.Az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu deyib.
O bildirib ki, sakin ərazidə yanğın olduğunu iddia etsə də, belə bir hadisə baş verməyib:
“Vətəndaşın taxıl zəmisi yaxınlığında yaşayış evi yoxdur. Bütün hallarda əməkdaşlarımız əraziyə baxış keçirib, əyilmiş, deformasiyaya uğramış vəziyyətdə olan elektrik dirəklərinin düzəldilməsi və ya yeniləri ilə əvəzlənməsi təklif edilib.
Vətəndaş isə elektrik dirəklərinin yenisi ilə əvəz edilməsi prosesinin bir müddət sonra həyata keçirilməsini istəyib. Buna səbəb vətəndaşın yaxın günlərdə taxılları biçməsidir. Mövcud vəziyyət dəyərləndirilərək zəruri tədbirlər görüləcək”.
15:39
Cəlilabad rayonunda köhnə elektrik dirəkləri təhlükə saçır.
Bu barədə Oxu.Az-a rayonun Ədişə kənd sakin sakinlərindən şikayət daxil olub.
Kənd sakinləri iddia edirlər ki, elektrik dirəkləri qırılaraq taxıl zəmisinə düşür:
“Hər dəfə qırılıb düşür yerə, yüksək gərginlikli elektrik naqilləri taxılın yanmasına səbəb olur. Dəfələrlə müraciət etmişik, amma məsələyə baxmırlar. Axırda ev-eşik də yanacaq. Çarəsiz vəziyyətdə qalmışıq”.

Könül Cəfərli