Şəhərlərarası müntəzəm avtobus marşrutları üzrə sərnişindaşımanın yeni tarifləri açıqlanıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova Oxu.Az-a bildirib ki, artıq vəsait tələb edilməməsi üçün biletlər kassadan və ya onlayn qaydada əldə olunmalıdır.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2018-ci ilin 30 iyul tarixində keçirilən iclasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiqlənib. Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
İlhamə Əbülfət
www.oxu.az