"594, 595 nömrəli marşrut avtobusları təqribən gün ərzində Sumqayıta 12 minə yaxın sərnişinin daşınmasını həyata keçirir".
Oxu.Az xəbər verir ki, bu sözləri "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, Saray 508 nömrəli marşrut avtobusları ilə günlük sərnişin daşınması altı mini keçib.
Aygün Mirakif