Tula vilayətində azərbaycanlı iş adamının girov götürülmüş oğlunu azadlığa buraxmaq müqabilində 3 milyon dollar tələb edən şəxslər həbs olunub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, avqustun 4-də Azərbaycan vətəndaşı olan sahibkar hüquq-mühafizə orqanlarına müraciət edərək Moskvanın ali məktəblərindən birində təhsil alan oğlunu naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.
Naməlum şəxslər avqustun 4-dən 11-dək sahibkara zəng vuraraq oğlunun azadlığa buraxılması müqabilində 3 milyon dollar tələb ediblər.
Bu gün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tula vilayətindəki evlərin birində cinayəti törətməkdə şübhəli bilinən 5 nəfər həbs olunub.
Onlardan üçün Azərbaycan əsilli Rusiya vətəndaşı, biri Rusiyada müvəqqəti qeydiyyatda olan azərbaycanlı, biri Çuvaşiya vətəndaşıdır.
Girov sağ-salamat azadlığa buraxılıb, onun həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı cinayət işi başlanıb