Sabah ölkə ərazisində bütün sosial yardım və müavinətlər ödəniləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, DSMF tərəfindən oktyabrın 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənişinin yekunlaşdırılması nəzərdə tutulub.