Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimal edilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.
Dekabrın 27-də Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Lakin şimal və şərq rayonlarında havanın yağıntılı olacağı ehtimal olunur. Havanın temperaturu Aran rayonlarında 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 29-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.