Sizə iş adamı Rza Zərrabın bir neçə gün əvvəl Türkiyədə aparılan rüşvət əməliyyatında polis tərəfindən saxlanılması barədə məlumat vermişdik.
Türkiyənin məşhur menecerlərindən biri olan Haluk Şentürk haqqında qalmaqallı iddia irəli sürülüb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bülent Ersoy, Demet Akalın, Hadise, Aşkın Nur Yengi, Tuğba Özerk, Yıldız Tilbe, Ceylan, Rober Hatemo kimi müğənnilərlə işləyən Haluk Şentürk külli miqdarda vergidən yayınıb.
Bu barədə H.Şentürkün işdən çıxarılmış köməkçisi xəbər verib:
“Halukun Rza Zərrabla yaxın əlaqələri var. Onları şirkətin əməkdaşlıq etdiyi bütün müğənnilərlə pul əməliyyatları qeyri-rəsmi şəkildə aparılır. Böyük məbləğdə vergidən yayınıblar. Bu hallar konsertlərdə daha çox baş verir, xüsusən, xarici ölkələrdə baş tutan konsertləri misal gətirə bilərəm. Saxta imzalar, saxta vizalar və daha nələr... Şirkətdə çox sayda müğənni yalan vədlər verilərək aldadılıb. İşçilərə qarşı da eyni münasibət var. Mən Halukun assistenti olsam da, sürücü kimi qeydə alınmışam. Əlimdə hər şeyi isbatlayan sənədlər var. Bunların hamısını lazımi instansiyalara çatdırmışam”.
Aytən Sadıqzadə
www.oxu.az