Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Yanvarın 15-də Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Qeyd edilən tarixdə 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyadan qidalanan 10 kV-luq 5 saylı hava xəttində, "Cəlilabad" 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 110 kV-luq 2-ci Masallı hava xətti və 110 kV-luq Cəlilabad hava xəttində eyni vaxtda təmir işləri aparılacaq.
Bu səbəblə saat 10:00-dan 14:00-dək Lənkəran rayonu Şilavar, Digah kəndlərində, Kürə ərazisində və saat 10:00-dan 12:00-dək Cəlilabad şəhəri və rayonunda, Biləsuvar rayonu Amankənd ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq.