Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 29-da saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin, Ə.Naxçıvani və M.Davudoğlu küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Qaynar xətt:
(055) 224 12 12