Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, Keşlə QPS-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə Xətai rayonunun Corad və Ş.Səmədov küçələrinin, eləcə də H.Aslanov qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Rəylər