Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının Salyan rayonunun Alçalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, kənd sakini, 1956-cı il təvəllüdlü Nəcəf Qılınc oğlu Hüseynov yolu keçmək istəyərkən "Audi" markalı avtomobil onu vurub.
Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12