Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şamaxıda şiddətli yağışlar torpaq sürüşməsini aktivləşdirib
Şamaxıda şiddətli yağışlar torpaq sürüşməsini aktivləşdirib.
Belə ki, Qaleybuğurd kəndində torpaq sürüşmələri daxili yollara xeyli ziyan vurub. Sürüşməyə yaxın olan evlər də təhlükə altındadır.
Sakinlər bildiriblər ki, güclü yağışlardan sonra kənd ərazisində sel yaranıb, sürüşmə də elə bundan sonra başlayıb:
"Vaxtında tədbir görülməsə, evlər uça bilər".
Kənd bələdiyyəsindən bildiriblər ki, məsələ ilə bağlı aidiyyəti üzrə məlumat verilib.
Onu da qeyd edək ki, kənd dağlıq ərazidə yerləşdiyi üçün yağıntılar zamanı sel yaranır və ciddi fəsadlar törədir.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
Şamaxıda şiddətli yağışlar torpaq sürüşməsini aktivləşdirib
"Torpaq sürüşməsi" teqi üzrə xəbərlər
- Bakı Kənar Dairəvi yolunda uçqun TƏHLÜKƏSİ - Aidiyyəti qurumlar əraziyə cəlb olundular
- Kəmaləddin Heydərov uçqun təhlükəsi olan yerdə
- Xətaidə sürüşmə təhlükəsi olan ərazilərdə tikintiyə niyə İCAZƏ VERİLİB?
- Bakıda baş verən torpaq sürüşməsi: Ərazidə hansı təhlükə gözlənilir?
- Bu xəbərləri qaçırmayın: 17.10.2024-ün ən mühüm hadisələri
Ən çox oxunanlar
Rəylər