"Heç kim vəkillə müqavilə bağlamağa məcbur edilə bilməz, çünki vəkili müştəri özü seçir".
Oxu.Az-ın məlumatına görə, bunu bu gün vəkilliyə namizədlərin andiçmə mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, son təyinatla doqquz vəkil Prezident İlham Əliyevin sərəncamı ilə hakim təyin edilib:
"Vəkil olandan sonra əbədi vəkil qalmalısan deyə qayda yoxdur. Hətta təqaüdə çıxan hakimlər də bizə müraciət edib, fəaliyyətlərini vəkil kimi davam etdirmək istəyirlər. Vəkilliyə qəbulun çətinləşdirilməsi eqoistlikdir".
Samir Əli