Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İki gündür işıqsız qalan Şəfəq qəsəbəsinin sakinlərinin problemi həll edildi
Abşeron rayonu Şəfəq qəsəbəsində elektrik enerjisinin verilişi bərpa olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
"Yeraltı kabel xəttində baş vermiş qəza səbəbindən sözügedən ərazidə elektrik enerjisinin verilişində fasilə yaranıb. Ərazidə yağan yağışlardan sonra palçıq və bataqlıq olduğu üçün texnikanın işləməsi çətinləşmişdi. Lakin bununla belə qəza aradan qaldırılıb. Artıq saat 17:00 dan etibarən həmin ünvana elektrik enerjisinin verilişi bərpa edilib".
Abşeron rayonu Şəfəq qəsəbəsi sakinləri iki gündür, işıqsız qalıblar.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sakinlərin biri tərəfindən sosial mediada paylaşdığı görüntülərdə əks olunub.
Sakin qeyd edir ki, sözügedən ərazidə iki gündür işığın verilişi dayandırıldığı üçün ətraf qaranlığa qərq olub.
Sözügedən vəziyyətin əks olunduğu videogörüntünü təqdim edirik:
Məsələ ilə bağlı "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə sorğu ünvanlanıb.
Aygün Mirakif
Rəylər