Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin daha bir görüntüsü yayılıb.
Oxu.Az sözügedən görüntünü təqdim edir:
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin görüntüsü yayılıb.
Oxu.Az sözügedən görüntünü təqdim edir:
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 6-da, saat 07:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisindən çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bazu sümüyünün sınığı və burun sümüklərinin sınığı diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda bildirilir.
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb.
Bu məlumatı Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli verib.

"Hadisə bu gün saat 07:00-da qeydə alınıb. Qəzanın baş verməsinə səbəb "Changan" markalı 77-BQ-551 dövlət nömrə nişanlı avtomobillə, KIA markalı 77-VH-225 dövlət nömrə nişanlı avtomobillərin toqquşması olub. Toqquşma nəticəsində "Changan" işıq dirəyinə çırpılıb. Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə T.Nəsirli bildirib.
Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bu gün səhər saat 7 radələrində qeydə alınıb.
İlkin məlumata görə, KIA markalı avtomobillə "Changan" markalı maşın toqquşub.
Qəzanın baş verməsinə ilkin səbəb kimi KIA markalı avtomobilin "Changan"ın hərəkət zolağına çıxması göstərilir.
Toqquşmanın təsirindən "Changan" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hər iki avtomobilə ciddi maddi ziyan dəyib.