FIFA-nın Apellyasiya Komitəsi ABŞ millisinin hücumçusu Folarin Baloqunun qırmızı vərəqəsinin ləğvi ilə bağlı Belçika tərəfinin verdiyi şikayəti qəbulolunmaz hesab edib.
Oxu.Az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytında bəyanat yayılıb.
* DÇ-2026-da qırmızı vərəqə qalmaqalı: UEFA-dan FIFA-nın Baloqanla bağlı qərarına sərt reaksiya
* Tramp: "FIFA-dan Baloqanın diskvalifasiyasını ləğv etməsini istədim"
"Müraciət Belçika Kral Futbol Assosiasiyasının (RBFA) bu intizam prosesində tərəf olmaması və nəticə etibarilə sözügedən qərardan apellyasiya şikayəti vermək hüququnun olmaması səbəbilə qəbulolunmaz hesab edilib", - deyə qurumun bəyanatında vurğulanıb.
Qeyd edək ki, F.Baloqun Bosniya və Herseqovina ilə matçda qırmızı vərəqə almışdı. Qaydalara əsasən, o, DÇ-2026-nın 1/8 final mərhələsində Belçikaya qarşı keçiriləcək oyunda iştirak etməməli idi. Lakin FIFA-nın İntizam Komitəsi Baloqunun diskvalifikasiyasını şərti olaraq dayandırıb və ona qarşıdakı vacib görüşdə meydana çıxmağa icazə verib.