Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şəhər şosesində yol nişanı sürücülər arasında çaşqınlıq yaradıb
Bakı şəhəri, Zabrat istiqamətində Şəhər şosesinin Möhsün Sənani və İlyas Aslanov küçəsinin kəsişməsində məcburi hərəkət istiqaməti nişanlarının asfalt örtüyü üzərində əks olunması sürücüləri çaşdırır.
Bu barədə Oxu.Az-a sürücülər məlumat verib.
Onlar bildirirlər ki, uzaqdan gələn sürücü nişanı işıqfora çatanda görə bilir:
"Məcbur olub zolağı dəyişmək istədikdə ya qəza şəraiti yaranır, ya da ki, tıxac. Məsləhət odur ki, nişanı üst hissədən uzaqdan gələn sürücünün görə biləcəyi şəkildə quraşdırsınlar".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, Zabrat istiqamətində Şəhər şosesi ilə bağlı layihə hazırlanıb:
"Layihənin icrası zamanı 5.8.1 (zolaqlarda hərəkət istiqaməti) yol nişanlarının quraşdırılması da nəzərdə tutulub. Layihə aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra prosedura uyğun olaraq icra ediləcək".
Aygün Mirakif
"Sürücülərin nəzərinə" teqi üzrə xəbərlər
- Avtomobili qəza yerindən uzaqlaşdırmaq qayda pozuntusu hesab edilir?
- Taksi sürücüləri AYNA-nın qərarlarına etiraz olaraq işə çıxmaqdan imtina edirlər
- BDYPİ-dən dumanlı hava ilə bağlı xəbərdarlıq
- BDYPİ bayram tətilindən dönən sürücülərə MÜRACİƏT ETDİ
- Elektromobillərin sayı ARTIR: Bəs yetərli sayda enerjidoldurma məntəqəsi VARMI?