Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şəhərsalma və Arxitektura Komitəsi binanın sökülməsinə icazə vermir?
Bakının Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi, 15 ünvanında yerləşən bina qəzalı vəziyyətdədir. Sakinlərin sözlərinə görə, 1932-ci ildə istismara verilən binanın müvafiq qurumlar tərəfindən sökülməsi ilə bağlı qərar qəbul olunub. Lakin Şəhərsalma və Arxitektura Komitəsi binanın sökülməsinə icazə vermir.
"Bu tikilini Fövqəladə Hallar Nazirliyi 2011-ci ildə qəzalı binalar siyahısına daxil edib. Şəhərsalma və Arxitektura Komitəsindən bizə hər dəfə səbirli olmağımızı deyirlər. Binadan hər gün daşlar tökülür. Hər an bədbəxt hadisə baş ver bilər", - sakinlər söyləyiblər.
Problemlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Bakı şəhərində mövcud olan qəzalı binaların inventarizasiya işləri aparılır:
"Həmin binaların həm özəl vəsaitin cəlb edilməsi, həm də dövlət vəsaiti hesabına mərhələli şəkildə yenilənməsi nəzərdə tutulur. Sözügedən ünvanda yerləşən yaşayış binası da qəzalı evlərin siyahısına daxildir. Yaxın müddət ərzində qəzalı binadakı sakinlərin köçürülməsi tərəfimizdən təmin ediləcək".
Daha ətraflı Baku TV-nin materialında:

"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Xətai rayonunda sakinlərin SUSUZLUQ PROBLEMİ: "İllərdir deyirik, nəticə yoxdur"
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR
- Vətəndaşlar 594 nömrəli marşrut üzrə avtobus tapmaqda çətinlik çəkirlər - AYNA tapşırıq verib
- Ələt-Hacıqabul yolunda sürücülər üçün TƏHLÜKƏLİ VƏZİYYƏT
- Abşeronun Şəfəq qəsəbəsində kommunal problem: Binanın zirzəmisini su basıb