“Hazırda Azərbaycanda xüsusi təhlükəli yoluxucu xəstəliklərlə bağlı vəziyyət tam sabitdir”.
Oxu.Az xəbər verir ki, bunu Report-a açqılamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib.
O bildirib ki, hər şey tam nəzarət altındadır və bu günə qədər hər hansı bir alovlanma, yaxud kritik hal qeydə alınmayıb: “Ölkədə fəaliyyət göstərən tibb idarələrindən laboratoriyamıza kəskin xəstəliklərlə bağlı analizlər gəlməyib”.
A.H.