Şəkidə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, sentyabrın 23-ü saat 22:45-də 4 nəfər (1 kişi, 3 qadın) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Pasiyentlərə bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
Aygün Mirakif
Şəkidə iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin M.Ə.Rəsulzadə prospektində, təxminən saat 22 radələrində baş verib.
Belə ki, 2002-ci il təvəllüdlü Murad Mustafayevin idarə etdiyi VAZ-2107 markalı, 10-MK-751 dövlət nömrə nişanlı avtomobillə 1979-cu il təvəllüdlü İbrahim Məmmədovun idarə etdiyi "Toyota" markalı, 10-YG-255 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində üç nəfər xəsarət alıb. Daha bir nəfərdə isə panik atak keçirib. Onlar bir ailənin üzvləridir.