Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı danışıb.
Oxu.Az-a açıqlamasında Rəşad Səfərov hazırda vəziyyətinin yaxşı olduğunu bildirib.
"İndiki vəziyyətim çox yaxşıdır. Yeni gəldiyim günlə müqayisədə hazırda özümü çox yaxşı hiss edirəm. Artıq kürəyimdəki ağrılar və təngnəfəsliyim yoxdur. Normal nəfəs ala bilirəm. Gələndə nəfəs ala bilmirdim, kürəyimdə ağrılar var idi, vəziyyətim yaxşı deyildi. Sağ olsunlar, həkimlərin sayəsində vəziyyətim normallaşdı. Bu günə, sabaha artıq burdan çıxmaq istəyirəm. Çünki tamaşalarım, dərslərim var", - deyə R.Səfərov vurğulayıb.
Xatırladaq ki, Rəşad Səfərov şəkərinin qəfil yüksəlməsi səbəbindən sentyabrın 22-də xəstəxanaya çatdırılıb.