Ölmədik, bu günü də gördük...
Arıq modelləri ilə məşhur olan Victoria’s Secrets brendi “I am no angel” (#I'mNoAngel) adı altında kampaniyaya başlayıb. Bu kampaniyada bədən ölçüləri yalnız öz əsərlərində sarışın saçlı, hər tərəfi selülitlə örtülü xanımları təsvir edən Rubens dövründə norma sayılan qızlar iştirak edir.

Heç kim son on illər boyunca dəb olan və dəfələrlə qadınları anoreksiya həddinə çatdıran və ya yaxşı halda komplekslərə salan həddən artıq arıqlığın yaxşı bir şey olduğu barədə mübahisə etmir.
34-cü ölçüyə qayıtmaq üçün xanımlar hətta dərman preparatlarından, iştah öldürən şübhəli kimyəvi maddələrdən, Tayland istehsalı olan bağırsağa qurd salan həblərdən istifadə etməkdən belə çəkinmirlər, nəticədə isə bu qurdları uzun müddət ərzində orqanizmdən təmizləməyə çalışırlar. Bəzən isə bu proses xəstəxana şəraitində gedir. Piyi birbaşa bağırsaqdan çıxaran preparatlar ayrı mövzudur, nəticə isə oxucu məni bağışlasın, qarşısıalınmaz ishaldır.
Bu qədər ağlamalı nəticələri nümunə gətirdikdən sonra tibb işçiləri elə adi insanlarda həddən artıq arıqlığın təbliğatını dayandırmaq tələbi ilə həyəcan təbili çaldılar. Son illərdə bu istiqamətdə irəliləyişlər gözə çarpdı, məsələn, Fransada ən həddən artıq maneken qızları işə qəbul etmək qadağan edildi.
Amma ortaq məxrəc yenə çətin məsələ oldu, deyəsən Keyt Moss kimi arıq modelləri madam Qritsatsuyeva üslubunda – qarpız sinəli və ətli-budlu xanımlar əvəz edəcəklər.


Çoxsaylı nəşrlər bu piyli xanımları “real qızlar” və “əsl qadınlıq təcəssüməsi” adlandırırlar və kompleksləri bir kənara buraxıb “özünü olduğu kimi sevməyə çağırırlar”.
Şübhəsiz ki, gözəllik meyarları yenidən nəzərdən keçirilməyə ehtiyac duyurdu, amma ABŞ və Avropanın bəzi ölkələrini qəsb etmiş piylənmə, əvvəlki anlayışlara həddən artıq radikal baxışa gətirib çıxara biləcəyindən çəkinmək lazımdır. Çünki “heroin dəbdəbəsi” dövrünün üzülmüş qızlarının əvəzinə, tort və şirniyyat əməksevərlərinin gəldiyi aşkardır.
Victoria’s Secrets-in yeni kampaniyasına nəzərən, indi bizə yeni gözəl qadın obrazını qəbul etdirmək istəyirlər – bu, yumurlanmış qarnı və budları olan kök xanımdır, amma onun bütün bədənindən artıq çəkinin mütləq müşayiətçisi olan selülit fotoshop vasitəsilə silinir.





Dəb industriyası hər zamankı kimi bir kənardan digər kənara atılaraq ikiqat çənə və piy qatları kultunu aliləşdirir. Məsələn, dəb nümayişlərində iştirak edən məşhur model Velvet D`Amuru görmək yetərlidir.



Bütün qızlar 136 kq-dan artıq çəkiyə malikdirlər, razılaşın ki, bunu çətin ki, sağlam bədən quruluşu adlandırmaq olar, həm də bu çəki daxili orqanlara heç də yaxşı təsir etmir.
Beləliklə, indi dəb və gözəllik industriyası distrofik ağır, ac qalan, batıq yanaqlı və dərisinin altından çıxan sümükləri olan yeniyetmə oğlanı xatırladan androgin modellər ilə yaxşı iştahası olan qırmızı yanaq fermer xanım arasında qalıb.
Normal, sağlam və idman üslublu bədən isə yenidən dəbdən kənarda qaldı...
Aliyə İsmayılzadə
www.oxu.az