Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Şəmkirdə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb - FOTO
Şəmkirdə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisindəki “Bəy hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Obyekt işçiləri və müştərilər Polis Şöbəsinə gətiriliblər.
Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Obyekt sahibi Fərhad Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4000 manat məbləğində cərimə edilib.
SPA mərkəzində işləyən A.Ağamalıyeva, A.Əliyevanın hər biri barəsində 200 manat, müştərilər-Ceyhun Məmmədli, Elşən Tağıyev, Ələddin Alıyev, Azər Verdiyev və Orxan Abbasovun hər biri barəsində isə 300 manat məbləğində protokol tərtib edilərək məsuliyyətə cəlb olunublar.