Bu gün günorta saatlarında Şəmkir şəhərində 38 yaşlı Sevinc Hüseynova üzərinə benzin tökərək özünü yandırıb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, qadın əvvəlcə rayon Mərkəzi xəstəxanaya daha sonra Gəncəyə, oradan isə Bakıda olan aidiyyatı üzrə xəstəxanaya aparılıb.
S.Hüseynovanın hansı səbəbdən özünü yandırdığı hələ ki, məlum deyil.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
S.B.
www.oxu.az