Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şənbə gününün hava proqnozu açıqlanıb - 19.04.2025
Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.

"Hava proqnozu" teqi üzrə xəbərlər
- Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
- Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
- FHN-dən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
- Bakıda yağış yağacaq, şimşək çaxacaq - Həftənin ilk iş gününün HAVASI
- Gələn həftə bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ