Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ərdəbildən Azərbaycana iqtisadi nümayəndə heyəti gələcək
İranın Ərdəbil vilayəti və şimal-qərb bölgələrindən 110 nəfərdən ibarət özəl sektor nümayəndələri və iqtisadiyyat sahəsində fəaliyyət göstərən şəxslərdən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bunu İranın Ticarət Palatasının sədr müavini Hüseyn Pirmüəzzin deyib.
Səfər İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ərəfəsində baş tutacaq. Nümayəndə heyəti aprelin 28-də Bakıya gələrək səfərə hazırlıq işlərini və yekun razılaşmaları yekunlaşdıracaq.
"Azərbaycan-İran münasibətləri" teqi üzrə xəbərlər
- Məsud Pezeşkian İlham Əliyevi təbrik etdi
- Deputat: "Heç kim heç bir yerdə Azərbaycana qarşı cinayət törədərək təhlükə yarada bilməz"
- Azərbaycan dövlətinin qətiyyəti və cəzasına çatan terrorçu
- Əliyevin qətiyyəti ilə İranın dar ağacından asdığı şovinizm müqəvvası
- Hikmət Hacıyev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüş keçirib
Ən çox oxunanlar