Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qaz xəttində yenidən partlayış olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı öz Facebook səhifəsində məlumat verib.
Məlumata əsasən, hadisə saat 20:40-da baş verib.
M.Qəhrəmanlı bildirib ki, qəza bundan öncə partlayış baş verən əraziyə yaxındır.
Xatırladaq ki, dekabrın 27-də Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış baş vermişdir.
S.B.
www.oxu.az