Serbiyanın yol şəbəkəsinin şah damarı sayılan Ruma-Şabats magistralını Azərbaycanın “AzVirt” şirkəti inşa edərək istifadəyə verib.
Açılış mərasimində Serbiya Prezidenti Aleksandar Vuçiç, serbiyalı nazirlər, “AzVirt”in rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Serbiya Prezidenti Aleksandar Vuçiç bu günə qədər görülən işlərə görə Azərbaycandan olan podratçı şirkət - “AzVirt”ə təşəkkürünü bildirib:
“Mən sizə, həqiqətən, güvənirəm. İşinizə, bu sahədə verdiyiniz töhfəyə görə çox sağ olun deyirəm. Sağ olun ki, şirkətinizin bütün rəhbər şəxsləri ilə buradasınız. Bu, bizim dostluğumuzun və fədakar əməyinizin böyük sübutudur. “AzVirt”in rəhbəri dəqiq insandır, “AzVirt” şirkəti isə əladır”.
“AzVirt” şirkətinin baş direktoru Kamil Əliyev serb və azərbaycanlı inşaatçıların birgə tikinti uğurlarını yüksək dəyərləndirib.
O, Ruma-Şabats magistralının və nəhəng körpünün tikintisinin müqavilə şərtlərindən xeyli əvvəl Serbiya vətəndaşlarının istifadəsinə verildiyini deyib:
“Serbiyanın yol şəbəkəsinin gücləndirilməsinə töhfə vermək bizim üçün şərəfdir. Göstərilən etimadı doğrultmaq, bütün müqavilə öhdəliklərini, ən yüksək beynəlxalq standartlara uyğun yerinə yetirmək üçün əlimizdən gələni etdik. Unutmayın, “AzVirt” təkcə körpülər və yollar inşa etmir, həm də Azərbaycanla Serbiya və xalqlarımız arasında əbədi bağlar qurur”.
Daha sonra Kamil Əliyev Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiçə ikitərəfli əlaqələrin inkişafında və gələcək nəsillərə miras qalacaq yeni birgə layihələrin işlənib-hazırlanmasında göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.
Daha ətraflı Baku TV-nin süjetində:
Serbiyada yol inşa edən “AzVırt” MMC şirkətindən uğurlu nəticələr - VİDEO
Rəylər