Paytaxtın Nizami rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan yas mərasimi təşkil olunub.
Oxu.Az xəbər verir ki, Nizami RPİ və 24-cü Polis Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 17-də rayonun Naxçıvanski küçəsində keçirilən yas mərasiminin təkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.