2026-cı ilin I yarımilliyi ərzində respublika ərazisində ümumilikdə 7 334 təbii və texnogen mənşəli hadisə qeydə alınıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 864 hadisə və ya 20% azdır.
Oxu.Az xəbər verir ki, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 28 nəfər həlak olub, 133 nəfər xəsarət alıb.
Bu da 2025-ci ilin I yarımilliyi ilə müqayisədə həlak olanların sayının 8 nəfər və ya 22% azalması, xəsarət alanların sayının isə 1 nəfər və ya 1% artması deməkdir.
Hesabat dövründə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 19 nəfər xilas edilib, 983 nəfər təxliyə olunub.
6 ay ərzində respublika ərazisində 238 təbii mənşəli hadisə qeydə alınıb, nəticədə 1 nəfər həlak olmuş, 6 nəfər xəsarət alıb. Həmçinin, 7 096 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2025-ci ilin I yarımilliyi ilə müqayisədə 2 066 hadisə və ya 23% azdır.
Texnogen mənşəli hadisələr nəticəsində 27 nəfər həlak olub, və 127 nəfər xəsarət alıb ki, bu da 2025-ci ilin I yarımilliyi ilə müqayisədə həlak olanlar üzrə 6 nəfər və ya 18%, xəsarət alanlar üzrə 5 nəfər və ya 4% azdır.
Hesabat dövründə texnogen mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 16 nəfər xilas edilib, 293 nəfər təxliyə olunub.
