Pandemiyanın həyatımıza daxil olduğu müddətdən İqtisadiyyat Nazirliyi və onun tabeliyindəki qurumların əməkdaşlarından ibarət monitorinq qrupları Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən iş və xidmət sahələrində, istehsal müəssisələrində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyətini araşdırıb.
Baku TV xəbər verir ki, aparılan yoxlamalar isə nəticəsiz qalmayıb. Bu gün həm sahibkar, həm də müştəri daha məsuliyyətlidir.
Son günlərin koronavirus nəticələrindən məmnun olan müştərilər də bu bəlanın tezliklə bitəcəyinə ümidlidirlər. Nazirlik tərəfindən may ayının 22-dən başlayaraq iyulun 27-dək monitorinq aparılmış 19 576 sahibkarlıq subyektindən 7485-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb. Monitorinqlər bu gün də davam edir.
Xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılır, tələblərin pozulması hallarına yol veriləcəyi halda ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırırlar.