Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sumqayıt sakinləri TƏNGƏ GƏLİBLƏR: "Köhnə avtobuslar sıradan çıxır, küçələrdə qalmışıq"
Sumqayıtda 12A nömrəli avtobus sıradan çıxdığı üçün sərnişinləri yarıyolda qoyub. Bir vətəndaş problemin mahiyyət etibarilə böyük olduğunu qeyd edib.
Sərnişinin sözlərinə görə, avtobusların əksəriyyətinin texniki vəziyyəti bərbad haldadır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında qeyd edib ki, Sumqayıt şəhərinin mobillik planına əsasən, marşrut sistemləri şəbəkəsinin optimallaşdırılması nəzərdə tutulub:
"AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib. Sərnişindaşınma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur.
Daşıyıcılara xətlərin nizamlı fəaliyyəti, avtobusların yenilənməsi və sayının sərnişin tələbatına uyğun tənzimlənməsi barədə tapşırıq verilib".
Məhərrəm Əliyev
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Mingəçevirdən Şuşaya müntəzəm avtobus reysi istifadəyə verilir
- Velosiped və skuter istifadəçilərinin sayı artır, Bakıda mikromobillik inkişaf edir
- Bakıda mikromobillik infrastrukturunun İNKİŞAFI: Yeni addımlar və GƏLƏCƏK PERSPEKTİVLƏR
- Taksi sürücüləri "qiymətlər aşağıdır", vətəndaşlar isə "yuxarıdır" deyirlər - Bəs AYNA?
- Nəqliyyatın artımının qarşısı alınacaq: Mikromobillik vasitələrinin əhəmiyyəti
Rəylər