Sumqayıt şəhərində təmizlik işçiləri aylıq maaşlarını ala bilməmələrindən narazı qalıblar.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Qeyd olunub ki, təmizlik işçiləri əmək haqqılarını iki aydır ala bilmədikləri üçün Sumqayıt bələdiyyəsi yerləşən binanın qarşısına yığışıblar.
Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt bələdiyyəsindən bildirilib ki, vətəndaşlar səhv yönləndiriliblər, çünki bələdiyyə maaş vermək səlahiyyətində deyil.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təmizlik işçilərinin əməkhaqqılarının ödənilməsində yaranmış gecikmə ilə bağlı məsələ aradan qaldırılıb.
"Əməkhaqqılarının yaxın saatlarda işçilərin hesablarına köçürülməsi təmin olunacaq", - deyə məlumatda bildirilib.