Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, 164E ünvanına səhər saatlarında briqada cəlb edilib, müvafiq tədbirlər görülsə də, xətti açmaq mümkün olmayıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, hazırda texnikanın cəlb edilməsi üçün işlər görülür, xəttin açılması təmin ediləcək.
Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, 164E ünvanında kanalizasiya xətti tutulduğu üçün fərdi yaşayış evlərinə çirkab suları yığılıb.
Bununla bağlı Oxu.Az-a sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, problem dünəndən müşahidə edilir:
"Evlərin çoxunda bu vəziyyətdir. Suraxanı Sukanal İdarəsindən zənglərimizə cavab olaraq bildirilir ki, maşınları yoxdur, iki günə gələ bilərlər. Uşaqlarımız, özümüz suyun içində qalmışıq".
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Məhərrəm Əliyev