Bu gün gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Xanlar küçəsi 103, ev 1 ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş yanğının ilkin səbəbi müəyyən edilib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 100 kvadratmetr olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kvadratmetr sahədə, ikinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, ehtiyatsızlıq nəticəsində kənardan düşmüş od mənbəyi (siqaret kötüyü) səbəbindən baş verməsi müəyyən olunub.
Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.
09:33
Bakıda evdə yanaraq ölən şəxsin kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə martın 16-da paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Oleq Qoydomaykin Viktoroviçin baş vermiş yanğın nəticəsində yanaraq ölüb.
Fakt üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi araşdırma aparır.
09:04
Bakı şəhərində ikimərtəbəli evdə yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Suraxanı rayonunda ümumi sahəsi 100 kvadratmetr (hər mərtəbəsi 50 kvadratmetr) olan ikimərtəbəli evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 kvadratmetr sahədə, ikinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.