“Suyum.Az” şirkəti (www.suyum.az) zəmanətli su filtrləri, su təmizləmə stansiyaları və çirkab su təmizləmə stansiyalarının satışını və texniki xidmətini həyata keçirir.
Şirkət su filtrlərinə endirim aksiyası elan edir:
Mətbəx su filtri üçün texniki xidmət – cəmi 29 azn

Mətbəx üçün su təmizləmə qurğusu – cəmi 399 azn

Ev və mənzillər üçün su yumşaltma sistemi – cəmi 699 azn

Şirkət haqqında məlumat:
Regional və Dövlət əhəmiyyətli layihələrin iştirakçısı olan “Suyum.Az” MMC Azərbaycan Respublikasında su təmizləmə bazarında 15 illik təcrübəyə malikdir. Tətbiq etdiyimiz innovativ texnologiyalar və avadanlıqlar, həmçinin, qazandığımız uzun illik təcrübə su təmizləmə və çirkab su təmizləmə sahəsində qarşıya qoyulan ən çətin layihələrin müvəffəqiyyətlə yerinə yetirilməsini və yüksək keyfiyyətli təmiz su əldə edilməsini təmin edir.
Şirkətimiz sənaye və məişət tipli suların müxtəlif mərhələlərdə təmizlənməsini həyata keçirmək üçün mühəndis layihələri və müvafiq avadanlıqlar təqdim edir.
“Azərsu” ASC tərəfindən sifarış edilmiş Ağstafa rayonu su təmizləmə stansiyasının layihələndirilməsini və tikintisini həyata keçirmişik.



“Suyum.Az” şirkəti suyun təmizlənməsi istiqamətləri üzrə dünya miqyaslı AMİAD (www.amiad.com), ATLANTİUM (www.atantium.com), CLEARWATER ENVIRO-TECH (www.clearwaterenviro.com), VIQUA (www.viqua.com) kimi tanınmış istehsalçıların regionumuzda rəsmi təmsilçisidir.
Qeyd etmək istərdik ki, su təmizləmə sahəsində istifadə etdiyimiz texnologiyalarda kimyəvi maddələrdən istifadə edilmir. Bu baxımdan istifadə etdiyimiz su təmizləmə texnologiyaları ekologiyaya heç bir ziyan vurmur.


Çirkab suların təmizlənib texniki məqsədlər üçün təkrar istifadəyə verilməsi şirkətimizin rəsmi təmsilçisi olduğu “BİOTAL” (www.biotal.ua) qurğular ilə mümkündür. Çirkab su 7 mərhələli təmizləmədən keçdikdən sonra texniki məqsədlər üçün tam yararlı səviyyəyə gətirilir.
Çirkab suyun təmizlənməsindən sonra qalan lil ağacların gübrələnməsi üçün istifadə edilə bilər. Qeyd olunan qurğular vasitəsi ilə çirkab suların təmizlənmə səviyyəsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qəbul edilir.




2020-ci ildən isə şirkət tərəfindən yeni istiqamət götürülüb və “YOD HAVA GENERATORU” avadanlığı gətirilərək istifadəyə verilib. Adı çəkilən yod generatoru ZOB xəstəliyinin və digər xəstəliklərlə mübarizə aparmaq üçün effektiv yoldur.

