“İndiyə kimi 10000-dən artıq dərman vasitəsinin qiyməti dövlət tərəfindən tənzimlənib”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, digər məhsullardan fərqli olaraq, vətəndaşlar dərman vasitələri haqqında geniş məlumata malik deyillər:
“Dərman vasitələrinin qiymətləri sərbəst buraxılarkən bundan sui-istifadə hallarına yol verilir. Avropa ölkələrində də dərman vasitələrinin qiyməti tənzimlənir”.
E.Ə.
www.oxu.az