Bu gecə naməlum şəxslər Tbilisinin mərkəzində avtomobili atəşə tutublar.
Oxu.Az xəbər verir ki, bu barədə Trend Gürcüstan mətbuatına istinadən məlumat verir.
Məlumata əsasən, avtomobildə bir neçə nəfər, o cümlədən İnterpolun Tbilisi bürosunun əməkdaşı olub.
“Rustavi-2” telekanalı xəbər verir ki, “BMW” markalı “cip” Şatberaşvili küçəsində atəşə tutulub, nəticədə İnterpol əməkdaşı xəsarət alıb.
Hadisə barədə hələlik rəsmi məlumat yayılmayıb.
N.О.